Türkiyə 2018-2019-cu illərdə ölkə ərazisində Atom Elektrik Stansiyası inşa etməyi planlaşdırır.
bu haqda Türkiyənin baş naziri Əhməd Davudoğlu jurnalistlərə verdiyi açıqlamada deyib:
“Türkiyə Atom Elektrik Stansiyasının inşasını mərhələli formada həyata keçirəcək. Stansiyanın tikilməsi ilə yanaşı burada çalışa biləcək yerli mütəxəsislər də hazırlanacaq”.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, rəsmi Ankara enerji daşıyıcılarına hər il 50 milyard dollar pul xərcləyir və bu vasitələr Türkiyəyə başqa ölkələrdən gətirilir.
Rəsmi Ankara bu proqramı işə salmaqla hər il itirdiyi pullara qənaət etməyi düşünür.