“Putin Ukraynanın şərqini Krım ssenarisi ilə tutmaq istəyir”.
Axar.az Unian.net-ə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin eks-rəhbəri Leon Panetta çıxış edib.
O, Putinin Ukrayna və digər ölkələrə qarşı həyata keçirdiyi hərəkətə qarşı cəld davranmaq gərəkdiyini deyib:
“Rusiyaya qarşı sanksiyalar tətbiq edilməlidir ki, Putinin fəaliyyətinin qarşısı alınsın. Əgər onlar başqa ölkələrin ərazisini tutmaq istəyirlərsə, o zaman biz onları dayandıracağıq. Soyuq müharibənin geridə qaldığını düşünürdük, amma görünür, artıq yeni soyuq müharibə ilə qarşı-qarşıyayıq”