Rusiyada gizli mafiya görüşü

23-10-2014, 16:24   
Rusiyada gizli mafiya görüşü
“Total” şirkətinin prezidenti Kristof de Marjeri niyə öldürüldü?


Dünya Sanksiyalara baxmayaraq Qərbin, o cümlədən Almaniyanın bir çox şirkətlərinin rəhbərləri Rusiya ilə gizli əlaqələr saxlayırlar.

bu barədə bu gün məlumat dərc edən alman tabloidi “Bild” xəbərin “Putinin dostlarının görüşü” kimi təqdim edib. “Bild”in yazdığına görə. Bir çox aparıcı qərb şirkətlərinin rəhbərləri bu həftə Moskva ətrafında Rusiya baş naziri Dmitri Medvedevin iqamətgahında gizli görüşüblər.

Tabloidiin yazıdığına görə, görüşdə iştirak edənlər sırasında Almaniyanın "Metro" konserninin rəhbəri Olaf Koh, “Bayer”in idarə heyətinin sədri Mareyn Dekkers, həmçinin “BASF” və “E.on”un rəhbərləri Kurt Bok və Yohannes Toyssen olublar. “Bild” yazır ki, dünyanın ən iri 51 konserninin sırasına daxil olan bu şirkətlərin rəhbərləri Kremlə indiki şəraitdə necə davaranmaq barədə məsləhətlər verirlər. Halbuki, Qərb sanksiyalarla Rusiyanı Ukrayna münaqişəsində tutduğu mövqedən çəkindirməyə çalışır.

Qeyd edək ki, “Total” prezidenti Kristof de Marjeri də həmin görüşdən sonra Moskvanın "Vnukovo" təyyarə limanında qəzaya düşərək ölmüşdü. Kristof de Marjerinin təyyarəsinin uçuş xəttinə qartəmizləyən avtomobil çıxmışdı. Rusiya tərəfi avtomobilin sürücüsünün sərxoş olduğunu iddia edir. Kristof de Marjeri iclasda bildirmişdi ki, “Total” Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qarşı çıxır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.