Hollivud ulduzu trafdakıları və yanında gətirdiyi türk qızlarını təhqir edib
Şou-biznes Hollivudun döyüş filmlərinin ən məşhur siması, ABŞ-ın tanınmış aktyoru Jan Klod Van Damm bu dəfə əməlli-başlı biabır olub.
ANS PRESS-in məlumatına görə, 51-ci “Qızıl portağal” film festivalına qatılmaq üçün Türkiyəyə gedən aktyor bir neçə gün burada qalıb. Əylənmək üçün İstanbuldakı gecə kublarından birinə gedən Van Damm burada aləmi bir-birinə qatıb. Həddindən artıq içilən içkinin təsirindən ayaq üstə durmağa çətinlik çəkən aktyor ünvansız söyüşlər söyüb, ətrafdakıları və yanında gətirdiyi türk qızlarını təhqir edib.
İçkinin təsirindən özünüidarəni itirən Van Dammı köməkçiləri sakitləşdirməyə çalışsa da, bu onlarda alınmayıb. Qeyri-adekvat və aqressiv hərəkətlər edən məşhur fotomüxbirlərə də hücüm edib. Atdığı təpik fotomüxbirlərin birinə dəyməyincə acığını digər müxbirdən almağa çalışıb.
Spirtli içkinin təsirindən dəliyə dönən Van Dammın bu biabırçı hərəkətləri onun Türkiyə səfərinə damğasını vurub.