Əhməd Davudoğlu ilə PKK lideri Abdullah Öcalan arasında gizli danışıqlar aparılır.
Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu Bilkənd Universitetinin Siyasi Düşüncə Klubunun toplantısında çıxış edərkən deyib.
“İndi problem Abdullah Öcalanla keçmiş Baş nazir Rəcəb Tayyib Ərdoğan arasındakı görüş idi. İndi də Davudoğlu ilə Öcalan arasında görüş keçirilir. Nə danışırlar, nə vədlər verirlər, heç kimə məlum deyil”, - Kılıcdaroğlu bildirib.
Həllə prosesinin Türkiyə parlamentində müzakirə olunacağını deyən partiya sədri bunun əslində asan bir proses olmadığını vurğulayıb:
“Türkiyənin 30-35 ildir həll edə bilmədiyi problem müzakirə edirik. Bu problem təhlükəsizlik tədbirləri ilə həll oluna bilməz. 30 illik sınaq bunu bizə göstərdi. Bunun həlli ancaq siyasi birlikdən keçir. Əgər Türkiyə bunu öz azad iradəsi ilə həll edə bilməzsə, problem beynəlxalq səviyyəyə çıxar. Gəlin, bərabər oturub bu problem həll edək. Əgər bu problem bu günə qədər həll olunmayıbsa, bunun günahı siyasi partiyalardır”.