Araşdırmalar nəticəsində qadının intihar etdiyi məlum olub
Sumqayıt şəhərində 47 yaşlı qadının asılmış meyiti tapılıb. Sumqyıt şəhər prokurorluğundan hadisə Corat qəsəbəsi ev 293 ünvanında qeydə alınıb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına saat 01 radələrində məlumat verilib. Məlum daxil olan kimi hadisə yerinə polis və prokurorluq əməkdaşları gedib.
Araşdırmalar zamanı ölən şəxsin 1967-ci il təvəllüdlü Təranə Qaraoğlan qızı Malomeyeva olduğu məlum olub. Həmçinin araşdırmalarda qadının intihar etdiyi müəyyənləşib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.