ABŞ ən uzaq məsafəli qitələrarası strateji bombardmançı nüvə silahı daşıya bilən B-52 təyyarələrini Avropaya göndərib.
20-dən çox B-52 təyyarəsi NATO-nun geniş miqyaslı “Alicənab bəraət” (Noble Justification) təlimində iştirak edəcək. Bundan əlavə, B-52 təyyarələri iki uzun məsafəli uçuş həyata keçirəcək.
NATO-nun təlimində B-52-dən əlavə, sualtı və döyüş təyyarələri də Aralıq dənizi sahillərində tryuklar göstərəcək.
Amerika hərbi analitiki Mark Şneyder NATO-nun bu təliminin önəmli olduğunu, lakin detallarını mediaya açıqlamaq istəmədiyini deyib:
“Rusiya indi nüvə də daxil olmaqla, müxtəlif silahlar ilə bütün dünyanı təhdid edir. Buna görə də biz qarşılıq verməliyik və öz imkanlarımızı göstərməliyik”.
Qeyd edək ki, B-52-nin hazırlanma məqsədi yüksək gücə malik iki termonüvə bombasını SSRİ-nin istənilən nöqtəsinə çatdırmaq olub. “Soyuq müharibə” dönəmindən bəri dəfələrlə modernləşdirilib və onların 2040-cı ilə qədər əsas strateji raket daşıyan olması planlaşdırılır.