Türklərin yeni düşməni

24-10-2014, 12:48   
Türklərin yeni düşməni
İŞİD Ankaranı üçüncü dövlətlə münaqişəyə sürüklədi


Dünya İŞİD silahlı qruplaşması ilə girov mübadiləsi Türkiyə ilə Danimarka arasında yeni münaqişə yaradıb.

ANS PRESS-in məlumatına görə, “Hedeqorun işi” adlandırılan münaqişə üzündən Danimarka Türkiyənin Avropa Birliyi üzvlüyü meyarlarına uyğun olub-olmaması ilə bağlı məsələ qaldırmaq istəyir.

Danimarka hökuməti danimarkalı publisist, İslamı sərt tənqid edən Lars Hedeqora qarşı sui-qəsddə şübhəli bilinən danimarkalının Türkiyədə həbsdən azad edilməsindən ciddi narahat olub. 27 yaşlı Livan əsilli danimarkalının 2013-cü ilin fevral ayında poçtalyon geyimində Lars Hedeqorun evinə gələrək ona tapança ilə atəş açmaqda günahlandırılır. Həmin vaxt sui-qəsdçinin atəşi sərrast olmamışdı.

Həmin şübhəlinin Mosulda girov götürülən türk diplomatların əvəzinə İŞİD-ə verildiyi ehtimal edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.