ABŞ Suriyanın neft kəmərlərini bombalayacaq

24-10-2014, 13:48   


ABŞ İŞİD-in gəlirlərinin qarşısını almaq üçün təşkilatın nəzarətində olan Suriyadakı neft kəmərlərini bombalamaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini Culyetta Vals Noyes Londona səfəri zamanı deyib.

“Onlar neftin satışından gündəlik 2 milyon dollar gəlir əldə edirlər. Bu da ABŞ-ın əsas həyəcan siqnallarından biridir. Biz əvvəl-axır onların bu imkanlarını azaldacağıq”, - Noyes deyib.

“İndependent” qəzeti isə artıq ABŞ və koalisiya qüvvələrinin İŞİD-in nəzarətində olan neftayırma zavodlarına aviazərbələr endirdiklərini yazıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.