Bu gecə Amerika “günəşsiz qalacaq”

24-10-2014, 13:52   
Bu gecə Amerika “günəşsiz qalacaq”


Bu gecə 2014-cü ilin sonuncu Günəş tutulması baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, Günəş tutulması oktyabrın 24-də Bakı vaxtı ilə saat 00:40-da başlayacaq və saat 04:52-də başa çatacaq.

Tutulmanın davam etmə müddəti 4 saat 12 dəqiqədir. Gecə saat 02:46-da tutulmanın maksimumu olacaq. Bu tutulma hadisəsi Şimali Amerika və Rusiyanın Alyaskaya yaxın hissəsində müşahidə ediləcək. Günəş tutulması gecə baş verdiyindən, Azərbaycandan müşahidə edilməyəcək.

X. Mikayılov qeyd edib ki, bugecəki Günəş tutulması bu il üçün 2-ci olacaq.

Onun sözlərinə görə, əvvəldən bu il ərzində iki Günəş, iki Ay tutulması hadisəsi baş verməsi gözlənilirdi. Artıq bir Günəş, iki Ay tutulması hadisələri baş verib. İlk Ay tutulması aprelin 15-də, ikinci Ay tutulması oktyabrın 8-də, ilk Günəş tutulması isə aprelin 29-da qeydə alınıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.