Leyla Yunusun həbs müddəti 4 ay uzadıldı - YENİLƏNİB

24-10-2014, 13:58   
Leyla Yunusun həbs müddəti 4 ay uzadıldı - YENİLƏNİB
Oktyabrın 24-də Nəsimi Rayon Məhkəməsində məhbus hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin uzadılması məsələsinə baxılıb.
məhkəmə Leyla Yunusun həbs müddətinin 4 ay müddətinə uzadılması haqda qərar çıxarıb.



Vəkil Əlayif Həsənov Bakı İstintaq Təcridxanasında Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla görüşüb.
vəkil Leyla Yunusa oktyabrın 23-də baş çəkdiyini deyib: “Səhhəti və əhvalı elə də pis deyil. Leyla xanım bu həftə Milli Təhlükəsizlik Nazirliyində aparılan istintaq hərəkətlərində iştirak edib və Bakı İstintaq Təcridxanasına qaytarılıb. Təcridxanaya qaytarıldıqdan sonra rəhbərlik onu qəbul edib, problemlərini dinləyib”.

Xatırladaq ki, Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Onu da qeyd edək ki, Arif Yunus tutulandan MTN-in təcridxanasında, Leyla Yunus isə Bakı İstintaq Təcridxanasında saxlanır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.