Qatil oğul öldürdüyü anasının namusunu necə ləkələdi?

24-10-2014, 19:19   
Qatil oğul öldürdüyü anasının namusunu necə ləkələdi?
Qətl hadisəsi Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 12 mərtəbəli yeni yaşayış binasının 11-ci mərtəbəsində baş verib.
Günün qurbanı olan 1971-ci il təvəllüdül Qurbanova Fatimə Oruc qızı öz oğlu, Rusiya vətəndaşı Hümbət Elşən oğlu Nağızadə tərəfindən boğularaq öldürülüb. H.Nağızadə qətli törədəndən sonra dərhal poli idarəsinə gedərək təslim olub.
Məlumata görə, H.Nağızadə Sankt-Peterburq şəhərində yaşayır və Bakıya da təxminən bir ay öncə tətilə gəlibmiş.
H.Nağızadə ilkin istintaq zamanı deyib ki, anasını başqa kişilərlə oturub-durmaqda şübhələndiyi üçün öldürüb. Hümbət deyib ki, Qafqaz Universitetində oxuyan kiçik qardaşı onunla söhbətində anasından başqa kişilərlə oturub-durmasından şübhələndiyini deyib.
Lakin Hümbət Nağızadə müstəntiqlərin ona ünvanladığı “sizin və qardaşınızın bu şübhələri düz çıxdımı” sualına “yox” deyə cavab verib. O deyib ki, anası günahsız olduğunu bildirib.
Buna baxmayaraq gənc oğlan anasına inanmayıb və onu boğaraq qətlə yetirib.
“Öldürülən qadının əri Elşən Nağzadə iki il bundan əvvəl vəfat edib. Fatimə Qurbanova yüngül əxlaqlı qadına oxşamayıb. Heç qonşuları da onun haqqında pis heç nə demirdilər. Deyirdilər ki, başıaşaağı aqdındır. Amma sadəcə yalnız quru şübhə qətllə nəticələnib” – deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Onu da bildirək ki, mərhumə F.Qurbanova üç uşaq anası olub. Onun ən kiçik uşağı qızdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.