[media=https://www.youtube.com/watch?v=dkUvhRbD9eA#t=218]
Ermənistanın “üç" partiya”dan ibarət ana müxalifəti prezident Serj Sərkisyana qarşı İrəvanın mərkəzində hər həftə kütləvi etiraz aksiyası keçirmək qərarına gəlib.
Musavat.com erməni elektron KİV-ə istinadən xəbər verir ki, artıq İrəvan meriyası müxalifətçi Erməni Milli Konqresinin icraçı katibi Samvel Abramyanın bu barədə xəbərdarlıq müraciətini qeydə alıb.
Növbəti mitinqlər oktyabrın 31, noyabrın 7-i və 14-də saat 16:00-dan 23:00-dək keçiriləcək. Xəbərdarlıqda yürüşlərin keçiriləcəyi də qeyd olunub.
Hazırda Azadlıq meydanında hökumət əleyhinə mitinq davam edir.