Rusiya prezidenti Vladimir Putin "Valday" millətçiliyi ilə bağlı münasibət bildirib.
Axar.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Putin Rusiya ən böyük millətçinin özü olduğunu deyib.
Putin qatı millətçiliyin tərəfdarı olmadığını vurğulayıb:
"Rusiyada ən böyük millətçi — bu mənəm. Amma ən düzgün millətçilik forması xalqın səadəti naminə mübarizə aparmaqdır. Əgər millətçilik başqa insanlarda dözülməzlik kimi təəssürat yaradırsa, şovinizm bizim ölkəmizi dağıdacaq. Çünki Rusiya əvvəlcə çoxmillətli, sonra isə müxtəlif dinin mənsublarına aid vətəndaşlar tərəfindən formalaşdı".
Bunun çıxılmaz vəziyyət olmadığını deyən Putin şovinizmin öz-özünü məhv etmək olduğunu bildirib: “Rusiyada hamı əlindən gələni edəcək ki, bu olmasın”.