Putin od püskürdü: “Bəzi dövlətlər anlamır ki!”

24-10-2014, 23:42   
Putin od püskürdü: “Bəzi dövlətlər anlamır ki!”


Rusiya Prezidenti Vladimir Putin bəzi ölkələrin İŞİD-ə müxtəlif yollarla maliyyə dəstəyi verdiyini açıqlayıb.

Soçidə təşkil olunan Valdai konfransında çıxış edən Putin İŞİD-i Əfqanıstanda baş verən hadisələrlə müqayisə edib:

“Əfqanıstanda beynəlxalq qüvvələrin olduğu bir vaxtda narkotik istehsalı sürətlə artırdı. İndi də terrorçuların nəzarətində olan bölgələrdə neft var. Həmin neft terrorçular tərəfindən ucuz qiymətə bəzi ölkələrə satılır. Həmin ölkələr də nefti təkrar sataraq pul qazanır. Bu terrorçulara dəstək verməkdir. Amma bəzi qüvvələr anlamır ki, bu terrorçular vaxt gələcək öz ölkələrinə dönəcək”.

Bölgəyə terrorçuların axın coğrafiyasını açıqlayan Putin təşkilatın əsasını bölgə sakinlərinin təşkil etdiyini bildirib:

“İraqda Səddam Hüseyn devrildikdən sonra dövlət qurumları və ordu yox edildi. Keçmiş BƏƏS partiyasının minlərlə üzvü küçəyə atıldı. İndi həmin şəxslər İŞİD-in tərkibində vuruşur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.