Vaşinqton ştatında məktəbdə atışma nəticəsində altı nəfər yaralanıb. Bu barədə yerli KİV məlumat yayıb.
“Tayms”ın yazdığına görə, dünən səhər Marisvill-Pilçuk məktəbində şagirdlərdən biri atəş açıb.
Hadisənin detalları barədə polis hələ ki, məlumat yaymayıb, lakin altı yaralının olduğu bildirilir. Şagirdlərin bir hissəsi məktəbin binasından təxliyyə olunub.