Dünən axşam saatlarında naməlum şəxslər AKP-nin binasına silahlı hücum ediblər.
Axar.az xəbər verir ki, insident AKP-nin Cəmil Meriç məhəllə nümayəndəliyində baş verib. Atılan güllələrdən üçü binanın şüşəsini parçalayıb.
Hadisədə yaralanan və xəsarət alan olmayıb. Hücum edən şəxslər hadisə yerindən qaçıblar.
Faktla bağlı cinayət işi açılıb.