Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda axtarışda olanlar tutuldu

25-10-2014, 15:06   
Bakıda axtarışda olanlar tutuldu
Bakıda axtarışda olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Vüsal Qasımov tutulub.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Elçin Abbasov saxlanıb.

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Əli Qurbanovu tutublar.
Hər 3 fatla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar