Dünyada hər 8 qadından 1-i bu xəstəlikdən əziyyət çəkir
Sağlamlıq Azərbaycanda xərçəng xəstələrinin 26 faizindən çoxu süd vəzi xərçəngindən əziyyət çəkir.
bu barədə bu gün Bakıda keçirilən maarifləndirmə aksiyasında Milli Onkologiya Mərkəzinin həkimi Tünzalə Məmmədova bildirib. Onun sözlərinə görə, Azərbaycanda 34 min onkoloji xəstə var və onlardan 9 mini süd vəzi xərçəngi xəstəsidir.
“Hər kəs bilsin, həyat davam etsin” şüarı altında keçirilən aksiya Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə təşkil edilib. Aksiyanın məqsədi süd vəzi xərçəngi xəstəliyinə qarşı mübarizə məqsədi ilə keçirilib. Aksiya “çəhrayı lent “ simvolu altında həyata keçirilib. Aksiyada məqsəd qadınları süd vəzi xərçəngi xəstəliyi ilə bağlı maarifləndirməkdir. Son zamanlar bu xəstəlik dünya üzrə böyük ictimai bəlaya çevrilib - dünyada hər 8 qadından 1-i bu xəstəlikdən əziyyət çəkir.
Aksiya zamanı qadınlara bukletlər də paylanıb. Bukletlərdə bu xəstəlik ilə bağlı məlumatlar, risk faktorları, ev şəraitində qadınların özlərini müayinə üsulları və s. qeyd olunub. Aksiyanın sonunda süd vəzi xərçəngi xəstəliyinə diqqət çəkmək üçün “Flashmob” da təşkil edilib.
Bakıda bu aksiya artıq 4-cü ildir keçirilir.