Rusiya Ermənistan müxalifətinin mövqeyindən razıdır

25-10-2014, 19:23   
Rusiya Ermənistan müxalifətinin mövqeyindən razıdır

Rusiya Ermənistan müxalifətinin mövqeyindən razıdır

Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü (AİB) – düzgün strateji qərardır, ancaq bu, əsla o demək deyil ki, başqa ölkələrlə əməkdaşlıq üçün qapılar bağlanır. Musavat.com-u məlumatına görə bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib.

Onun sözlərinə görə, Rusiya özü də Avropa Birliyi ölkələri ilə münasibətləri inkişaf etdirir. Diplomat Ermənistan müxalifətinin 24 oktyabr mitinqində bu məsələ ilə bağlı sərgilədiyi məsələyə də münasibət bildirib: “Praktik olaraq, bütü müxalifət qüvvələri Ermənistanın AİB-ə üzvlüyünü dəstəkləyir”.

Xatırladaq ki, ana müxalifətin lideri, sabiq prezident Levon Ter-Petosyan mitinqdə çıxışı zamanı ölkənin sözügedən quruma üzvlüyünü mövcud şəraitdə düzgün və Ermənistan dövlətçiliyinin qorunması üçün vacib addım adlandırmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.