“Ukrayna və Gürcüstanın NATO-ya üzv olması üçün real şansları var”.
bunu NATO-nun informasiya bürosunun direktoru Robert Pşel söyləyib.
O, NATO-nun bu il hansı dövləti üzv edəcəyinə dair məxfi planının olmadığını bildirib:
“Düşünürəm ki, onların perspektivləri realdır. Bizim açıq qapı siyasətimiz mövcuddur. NATO-ya üzv olmağın gürcülərin əksəriyyətinin arzusu olduğuna heç bir şübhə yoxdur. Gürcüstan bu yöndə yetərincə iri addımlar atıb. Lakin buna baxmayaraq, daha da inkişaf eləmək üçün çoxlu standartlar var. Bizim bu il hansı dövləti üzv edəcəyimizə dair heç bir məxfi planımız yoxdur”.