Hazırda Birləşmiş Ştatlarda yaşayan din xadimi Fətullah Gülən barəsində hüquqi prosedura başlanılacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Baş nazir qeyd edib ki, F.Gülən ABŞ-dan Türkiyəyə ekstradisiya ediləcək.
Bir müddət əvvəl R.T.Ərdoğan F.Gülənin ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd edib.
Onun sözlərinə görə, Türkiyənin daxili işlərinə müdaxilə edən, ölkədə sabitliyin pozulmasına yol açan F.Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaq mümkündür.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ isə bildirmişdi ki, F.Gülənin İnterpol xətti ilə axtarışa verilməsi gündəmə gətirilə bilər. Nazir bu qərarın məhkəmə tərəfindən verilə biləcəyini demişdi.