Peşmərgə qüvvələri İraqın şimalında strateji mövqedə yerləşən Zumer qəsəbəsini və ətrafındakı kəndləri ələ keçirib.
bu barədə məlumatı peşmərgə qüvvələri yayıb. Koalisiya qüvvələrinin İŞİD-in mövqelərini bombaladıqdan sonra peşmərgələrin 5 ayrı nötədən hücuma keçdiyi bildirilib. Qarşıdurmalar zamanı çoxlu sayda İŞİD üzvü öldürülüb.
Xatırladaq ki, Sincar, Mahmur və Zumer avqustun 2-də İŞİD tərəfindən ələ keçirilmişdi.