Lavrov: “ABŞ dünyanı qarışdırır, Rusiya düzəldir”

25-10-2014, 20:24   


“ABŞ digər dövlətlərin daxili işlərinə müdaxilə etməklə beynəlxalq sabitliyə zərər yetirir”.

bunu Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

O, ABŞ-ın beynəlxalq sabitliyə ciddi zərbə vurduğunu bildirib:

“Biz ABŞ və digər Qərb ölkələrinin geosiyasi məqsədlərinə nail olmaq üçün suveren dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərinin şahidi oluruq. Bunun sübutu kimi Yuqoslaviyanın bombalanması, İraqa hücumun təşkili, Suriyanın sabitliyinin pozulmasını göstərə bilərik. Bütün bunlar beynəlxalq sabitliyə ciddi zərbənin vurulmasına səbəb oldu. Rusiya isə beynəlxalq münasibətlərdə müsbət, birləşdirici təşviqini davam etdirmək niyyətindədir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.