Beş il ət yemədim

25-10-2014, 21:17   



Xalq artisti Brilliant Dadaşova beş il ət yeməyib.

müğənni bu haqda “Evdəyik” verilişində qonaq olarkən deyib:

“Ət yemirdim. Bakıda güclü zəlzələ olanda ağlıma ilk olaraq ət gəldi. O gündən sonra yeyirəm. Amma hər dəqiqə bişirmirəm. Bacılarımı da qoymuram ətli yeməklər hazırlasınlar. Ancaq pendir və tərəvəzlərdən istifadə eləmək lazımdır. Ətin isə yalnız kababını yemək olar”.

Geyimlərindən bəhs edən B.Dadaşova bir libası 14 il də geyindiyini deyib:

“Mənim belə komplekslərim yoxdur. Hətta 14 il əvvəlki ətəyimi bu gün də istifadə edirəm. Hələ 14 ildən sonra da geyinəcəm. Bir libası üç-beş dəfə geyinirəm. Amerikaya və ya başqa xarici ölkəyə gedəndə bacılarıma həmişə paltarlar alıb gətirirəm. Amma onlar heç vaxt ürəyimcə geyinmirlər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.