“Putinin “Rusiya mən olmadan da yaşayar” deməsi xoşuma gəldi”.
bunu rusiyalı siyasətçi Boris Nemtsov Putinin “Rusiya mənsiz də yaşayar” sözünə münasibət bildirərkən söyləyib.
O, Putinin olmayacağı halda Moskvanın bütün gücünün Amerika ilə yox, Rusiyadakı yoxsulluqla mübarizə aparmalı olduğunu bildirib:
“Bilmirəm, o bunu deyərkən səmimi idi, ya yox. Hər bir halda onun bu etirafıyla razıyam. Ölkəmiz Vladimir Vladimiroviçsiz də yaşaya bilər. Belə olan halda biz pulu müharibəyə deyil, xəstəxana və məktəblərə xərcləyərdik. Amerikayla deyil, yoxsulluqla mübarizə aparardıq. Putin yoxdur, Rusiya var. Putin var, Rusiya yoxdur. Birinci ilə Putin razıdır. İkinci ilə isə düşünən vətəndaşlar razıdır. Ona görə də hələ heç nə itirilməyib”.