Suriya sərhədi olan Kobanidə gərginlik başlandığı vaxtdan Türkiyənin sakit günü olmayıb. Ölkənin hər yerində PKK tərəfdarları iştişaşlar törədir, polislə qarşıdurmalar yaşanır. Bunun davamı kimi PKK etirazçılarının üç nəfəri öldürməsi ölkə gündəmini zəbt edib.
Hakkarinin Yüksəkova bölgə mərkəzində üzü maskalı iki PKK-lı silahlı hücum təşkil edib. Onlar polislərdən ikisini yerindəcə öldürüb, digəri isə xəstəxanada dünyasını dəyişib.
Baş Qərargah silahlı hücumun PKK tərəfindən təşkil edildiyini təsdiqləyib. Hazırda qətli törədənlərlə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.