AB ölkəsi: "Rusiya iflas edir, biz çox narahatıq"

25-10-2014, 23:55   
AB ölkəsi: "Rusiya iflas edir, biz çox narahatıq"

Avstriya Rusiyaya görə narahatdır.

Avstriya Rusiya turistlərinin Avstriyaya axınının kəskin şəkildə azalmasından narahat olduğunu bildirib.

Avstriyanın turizm şirkətləri rusiyalı turistlərin ölkəyə gəlişinin təmin edilməsi uğrunda mübarizə apardıqlarını qeyd edirlər.

Rusiya Federasiyası hökuməti də turizm bazarında optimallaşdırma prosesinin ləng inkişafından narahatçılıqlarını dilə gətiriblər.

Ötən il 265 min rusiyalı bəstəkarların vətəninə səfər etmişdilər, ancaq bu il bu rəqəm 3,5 faiz göstəriciyə malikdir.

"Biz rusiyalı qonaqların sayının azaldılmasına görə narahat oluruq. Ruslar da bizim kimi ümid edirlər ki, bu vəziyyət tezliklə normallaşacaq", - bu sözləri Zaltsburq sənaye-ticarət palatasının vitse-prezidenti Andrea Şifter deyib.

Onun sözlərinə görə, Rusiyadan turistlərin axınının azalmasına səbəb dünyanın ən böyük ölkəsində bir sıra böyük turizm şirkətlərinin iflası təsir edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.