“Ukrayna hökuməti “xarici dövlətlər bizə yardım edəcək” prinsipi ilə yaşayır”.
bu fikri “Ukrayna seçimi” ictimai hərəkatıının lideri Viktor Medvedçuk özünün Feysbuk səhifəsində yazıb. O, hesab edir ki, Ukrayna Qərbin yardımına ümid bağladıqca, simasını itirir.
“Ukrayna hökuməti borclara girərək, kreditlər və maliyyə yardımları diləyərək “xaric bizə yardım edəcək” prinsipi ilə yaşayır. Lap bu yaxınlara kimi Ukrayna Yanukoviçin diktator rejimini devirən və parlament-prezident idarəetmə üsuli-idarəsini bərpa edən “İnqilabi ləyaqətlə” öyünürdü. Fəqət bu gün, “kamikadze hökumət” əllərini yana salladığı bir zamanda hansı ləyaqətdən söhbət gedə bilər”, - deyə V.Medvedçuk bildirib.
“Görünür, Qərb artıq Ukraynanın problemlərindən usanıb”, - deyə Viktor Medvedçuk Ukraynanın maliyyə baxımından köməksiz olduğundan hiddətlənən Slovakiyanın Baş naziri Robert Fitsonun fikirlərini şərh edərkən bildirib.