Ata ananın ölü doğulan körpələri ilə - FOTO

26-10-2014, 01:21   











Doğuş sonrası çəkilən körpə fotoları dünyanın ən gözəl fotoları arasında yer alır. Ancaq indi təqdim edəcəyimiz hekayə bir az fərqlidir.

ABŞ-ın Kaliforniya ştatında yaşayan 29 yaşlı Riçard və 26 yaşlı Emili Staley cütlüyü hər kəs kimi 9 ay boyunca dünyaya gələcək qızlarının yolunu səbrsizliklə gözləyiblər. Doğuşa çox az gün qalmış həkim pis xəbər verib: "Körpənin ürəyi dayanıb".

Xəbəri aldıqlarında böyük sarsıntı yaşayan cütlük balaca qızcığazlarının xatirəsini yaşatmağa qərar veriblər. Beləcə, fotoqraf Lindsey Natzic Villatoronun çəkdiyi duyğulu, ürəkləri incidən fotolar ortaya çıxıb.

Hələ qızına qovuşmamış onu itirən ana: "Onunla fəxr edirəm. İstədim ki, hər kəs onun necə gözəl olduğunu görsün", - deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.