Dünya ulduzları döş xərçəngindən əziyət çəkənlər üçün çalışdılar
Şou-Biz CBS radiostansiyası tərəfindən təşkil edilmiş “We Can Survive 2014” xeyriyyə konserti Los-Ancelesdə Hollywood Bowl stadionunda keçirilib.
tədbirin əsas məqsədi döş xərçəngindən əziyət çəkənlər üçün vəsait yığmaq olub.
Şouda Cennifer Lopes, İqqi Azalea, Qven Stefani, Teylor Svift, Farrell Uilyams, Alişa Kis, Ariana Qrand və başqa ulduzlar çıxış ediblər.
45 yaşlı Cennifer Lopesin İqqi Azaleayla Booty Remix kompozisiyası altında erotik rəqsi göz oxşayıb. Cennifer “Celia K” markasından açıq kostyum və “Sophia Webster”dən qladiator səndəlləri geyinib.
Tamaşaçılar Lopesin rəqsindən heyran qalıb.
Bundan başqa, şouda 33 yaşlı Alişa Kis çıxışı da boyük maraqla qarşılanıb.