Tanınmış müğənninin şəxsi həyatı haqqında fikirləri səs-küy yaradıb
Şou-biznes Məşhur türkücü şəxsi həyatı ilə bağlı maraqlı fikirlər söyləyib.
Türkiyəli məşhur müğənni, eləcə də televiziya aparıcısı Songül Karlı qonaq çağırıldığı verilişlərdən birində şəxsi həyatı ilə bağlı bir sıra açıqlamalar verib.
“Ərim Mətinin hər gecə yatmamışdan əvvəl ayaqlarını öpürəm. O da səhərlər məni ayaqlarımdan öpərək oyadır”, - deyə S.Karlı bildirib.
Müğənni bu vaxta qədər 3 dəfə hamilə qaldığını, lakin istəmədiyi və sonuncunu isə dünyaya gətirmədiyi üçün peşman olduğunu vurğulayıb.
O, həmçinin ərinin onun geyimlərinə də qarışdığını etiraf edib: “Ərim qiyafələrimə də qarışır. Məsəl üçün ötən qış qısa yubka ilə efirə çıxmışdım. Dərhal efir rejissoruna zəng edərək, “tez o əlbisəni çıxartsın, yoxsa ayaqlarını qıraram” deyib.”