Masallıda dövlət məmurunu maşınqarışıq kanala atdılar

26-10-2014, 14:32   
Masallıda dövlət məmurunu maşınqarışıq kanala atdılar

Masallının qalmaqallı Gəyəçöl bələdiyyə sədri Bəybala Əsədovla bağlı daha bir məlumat yayılıb. Kənd sakinlərinin verdiyi xəbərə görə, bir müddət əvvəl şadlıq evlərindən birinin sahibi İlham Abışov tərəfindən döyülən bələdiyyə sədri B.Əsədov Gəyəçöldə 27 sakinə torpaq sataraq pullarını alıb.Torpaq alverində onun sağ əli isə kəndin poçt məntəqəsənin müdiri Cavidan Şükürov olub. Ancaq çox çəkməyib ki, torpaqların qanunsuz satışına görə kənd sakinləri C.Şükürovdan və B.Əsədovdan pullarını geri tələb ediblər.
Onlardan biri Gəyəçöl sakini Əzizağa İbadovdur. Hətta onunla Şükürov arasında mübahisə də yaranıb. Belə ki, bu yaxınlarda Ə.İbadov C.Şükürovun maşınını vuraraq kanala salıb. O, pulunun qaytarılmamasına etiraz olaraq bu addımı atıb. C.Şükürov isə bu hərəkətinə görə onu həbslə hədələyib.Xəbərdə qeyd edilir ki, Gəyəçöl bələdiyyəsinin torpaq qalmaqalı böyüyüb və tərəflər arasında gərginlik hazırda pik həddədir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.