Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları həbsxanaya narkotik vasitə keçirilməsinin qarşısını alıb. 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3; 181.2.4 və 181.2.5 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rüfət Vaqif oğlu Əliyevə qardaşı, Şəmkir rayon sakini Sənan Vaqif oğlu Əliyev tərəfindən göndərilmiş bağlamaya baxış keçirilib. Bu zaman, “Clear” şampun qabının içərisində gizlədilmiş kibrit qutusundan 2,97 qram narkotik maddə - marixuana və 0,68 qram narkotik maddə - tiryək aşkar edilərək götürülüb.