Yaponiyada ibadət evi yanıb. hadisə Hönsü adasındakı Nonoiti şəhərində qeydə alınıb. Dəhşətli yanğın nəticəsində 2-si uşaq olmaqla 4 nəfər yanaraq ölüb.
Qeyd edək ki, olayın baş verdiyi məkan monoteist Tenrikyo dininə sitayiş edənlərə məxsus olub. Tenrikyo dini XIX əsrdə Yaponiyada formalaşıb. Dünyada bu dinə 2 milyona yaxın insan sitayiş edir ki, onların da əksəriyyəti Yaponiyada yaşayır.