Azərbaycan Nazirlər Kabineti “Diridoğulmanın beynəlxalq meyarları"nın tətbiq edilməsi haqqında qərar qəbul edib.
Nazirlər Kabinetindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq, qərara alınıb ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün səhiyyə müəssisələrində 2015-ci il yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi "Diridoğulmanın beynəlxalq meyarları" tətbiq edilsin.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bu qərardan irəli gələn məsələləri həll etsinlər.