“Love your video” şüarı altında Fransada keçiriləcək “İNFE vision” video müsabiqəsi 2014-də Azərbaycan da təmsil olunacaq.
müsabiqədə ölkəmizi "World Music Awards" sahibi Emin və “EMMawards”a layiq görülən İlhamə Qasımova təmsil edəcək.
Müsabiqədə Emin “Never enough”, İ.Qasımova isə “Out of Reach” klipi ilə yarışacaq.
Bu haqda İnstaqram səhifəsində yazan İ.Qasımova bunları qeyd edib:
“Buna dünən “Facebook”da rast gəldim. Sən demə, pərəstişkarların keçirdiyi belə bir video yarışma varmış. Ən maraqlısı isə “Bei mir bist du scheen” yox, “Out of Reach” seçilib. Çox sevindim. Səs verən hər kəsə təşəkkür edirəm”.