24 yaşlı Gülpəri Quliyevanın bu addımı hər kəsi çaş-baş qoydu
Kriminal Siyəzən şəhərində bədbəxt hadisə baş verib.
hadisə şəhərin Babək küçəsində qeydə alınıb. Belə ki, dünən gecə Gülpəri Vasif qızı Quliyevanın yaşadığı evin sanitar qovşağında ipdən asılmış meyiti tapılıb.
1990-cı il (2 oktyabr) təvəllüdlü gənc qızın bu günlərdə nişanı olacaqmış. İlkin ehtimala görə, gənc qız başqasını sevib və məhz buna görə də intihar edib.
Hadisə ilə bağlı Siyəzən Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.
Prokurorluqdan bildirilib ki, hazırda araşdırma aparılır və intiharın təfərrüatı yaxın vaxtlarda məlum olacaq.