Xalq artisti oğluna varlı qız axtarır

26-10-2014, 19:19   



Xalq artisti Brilliant Dadaşova oğlunu imkanlı qızla evləndirmək istəyir.

"Evdəyik" verilişində qonaq olan müğənni aparıcıya "Yaxşı qız tap, oğlumu evləndirim" deyib.

Aparıcının "Mənim tapdığım qızı bəyənməzsiniz. Siz varlı qız istəyərsiniz" sözlərinə B.Dadaşova belə cavab verib:

"Oğlum üçün çox əziyyət çəkmişəm. Türkiyədə olanda səhər saat 8-də oyanır, onu dərsə yola salıram. Mənə yastıq atır, "get" deyir. Amma oyanana qədər əl çəkmirəm. Onun üçün mənəvi əziyyətlər çəkdiyim qədər, maddi zəhmətim də olub. Ona görə də, niyə mən də elə qız istəməyim ki? Mən də istəyirəm oğlum yaxşı bir qızla evlənsin".

Qeyd edək ki, B.Dadaşovanın oğlu Cahad Türkiyədə təhsil alır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.