Neçə ildir ailə qurmuşam xoşbəxtəm

26-10-2014, 19:25   
Neçə ildir ailə qurmuşam xoşbəxtəm
Neçə ildir ailə qurmuşam xoşbəxtəm


Rəqqasə Fatimə Fətəliyeva şəxsi həyatı ilə bağlı etiraf edib.
sənətçi ikinci dəfə ailə qurduğunu deyib:

"Biz sənət adamlarına ciddi baxmırlar. Elə bilirlər ki, normal ailə qurmarıq. Düzdür, yenidən toy etməmişəm. Amma mən neçə ildir ki, ailə qurmuşam. Çox xoşbəxtəm. İki övladım var: qız və oğlan. Heç oğlumu dünyaya gətirəndə onu mediada reklam etmədim.

Axşam işdən çıxanda başqaları kimi kafeyə yox, evimə, ailəmin yanına qaçıram. Heç vaxt evə gec getməmişəm. Qızımın 19 yaşı var.

Onu gözümdən kənara qoymuram. Hətta xaricdə təhsil almasına da icazə vermədim. Hər zaman ona nələrisə izah edirəm: deyirəm, sən elə olmalısan ki, adına söz deyilməsin. Rəqqasə qızısan.

Mən nə qədər söyləsəm ki, düzəm, başqaları kimi pis yollarda deyiləm, sağlam ailəm var, inananlar azdır. Üstümdə "rəqqasə" adı var. Kişinin ayrılmasına səbəbkar qadın olur. Gərək evdə kişi nə deyirsə, razılaşasan, "baş üstə" deyəsən".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.