Almaniya kəşfiyyatı İŞİD-in sərnişin təyyarələrini asanlıqla vura bilən silahlara malik olduğunu açıqlayıb.
Almaniya Federal Kəşfiyyat Təşkilatı (BND) bir neçə həftə aparılan araşdırmalardan sonra bu qənaətə gəlib.
İŞİD-in ən müasir texnologiyalı silahlara sahib olduğunu açıqlayan BND son bir neçə həftə ərzində təşkilatın hava hücumundan müdafiə sistemlərini əldə etdiyini bildirib.
Təşkilatın İraqın şimalında sərnişin təyyarələrini asanlıqla vura biləcəyini deyən BND silahların Suriya ordusuna məxsus hərbi bazalardan ələ keçirildiyini istisna etmir.
Rusiya, Çin və Bolqarıstan istehsalı olan bu silahların terrorçuların əlində qarşısıalınmaz bir təhlükə meydana gətirəcəyini deyən alman kəşfiyyatçıları tez bir zamanda koalisiya qüvvələrinin hərəkətə keçməyini vacib hesab edib.