94 yaşlı Helen Auer son nəfəsini alanda 73 illik ömür-gün yoldaşı 100 yaşlı Co onun cansız bədəninə doğru əyilərərk sonuncu dəfə öpdü və "Helen məni evə çağır" deyə pıçıldadı. Heç bir saat keçmədi və Helen onu öz yanına çağırdı. 100 yaşlı Co da öldü.
Ohayoda bunu unikal bir sevgi hekayəsi hesab edirlər.
Uşaqları da daxil, hər kəc Conun Helendən ayrı yaşaya bilməyəcəyini hiss edirdi. Çünki bu 73 ildə onları heç bir çətinlik ayıra bilmədi. Yaşadıqları həyatda çox çətinliklərin öhdsindən birlikdə gəldilər, İkinci Dünya müharibəsinin depresiyasını birlikdə yaşadılar. Co mühribəyə getdi. Helen isə hər an onun yolunu gözlədi...
...Conun ölümündən sonra pul kisəsindən çıxan ağ-qara bir şəkil isə... Bu həmin şəkil idi ki, hələ 1944-cü ildə Co mühribə illərində Helen və ilk övladları ilə birlikdədi. Bu müddət ərzində Co hər zaman onu yanında daşıdı. Dəfn olunanda da həmin şəkil məzarına qoyuldu.
Uşaqları deyirlər ki, bu ailəni Helenin qayğıkeşliyi və sevgisi qorudu, yaşatdı. O cümlədən də Conun təmkini. Co inanclı insan idi və həmişə Heleni və uşaqlarını Tanrının hədiyyəsi hesab edərdi.
Bu sevgi hekayəsi insanı ruhlandırır və sevindirir. Sevgi var, sadəcə onu qorumaq və yaşatmaq üçün iradə lazımdı. İtirmək çox asandı. Amma qazanmaq yox.