Xərçənglə bağlı qorxunc iddia

26-10-2014, 21:00   
Xərçənglə bağlı qorxunc iddia

Britaniya alimləri xərçəng xəstəliyinin dərmanının hələ də tapılmadığını açıqlayıb.
alimlərin sözlərinə görə 20 illik araşdırmada irəliləyiş əldə olunsa da konkret vaksin kəşf edilməyib:
“Xərçənglə mübarizə çox vaxt apardı. Dərman firmaları yalnız qazanc gətirən dərmanları istehsal edir. Xərçənglə bağlı son 20 ildə çox şey öyrəndik. Amma hələ ki bu xəstəliyin dərmanı tapılmayıb”.

Londonun Xərçəng Araşdırmaları İnstitutunun direktoru Pol Vorkman xəstəliyin bir növdə olmadığını deyərək alimlərin konkret nəticə əldə etməkdə çətinlik çəkdiyini etiraf edib: “Xəstəliyin biologiyasi və genetikası barədə çox şey əldə etsək də, son 20 ildə biz daha da irəli gedib bu xəstəliyin vahiməliliyini yox edə bilərdik. Amma bunu bacarmadıq”.

Özü də xərçəng xəstəsi olan 62 yaşlı professor alimlərin bu vaxta kimi 500-ə qədər protein kəşf etdiyini deyib: “Amma bu proteinlərin yalnız 5 faizindən dərman hazırlanıb. Yeni dərmanların hazırlanması üçün kliniki təcrübələr çox baha başa gəlir. Dərman firmaları buna görə, maliyyə yardımı ayırmır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.