Nərimanov rayonunda “kirayə haqqı” korrupsiyası

26-10-2014, 21:18   
Nərimanov rayonunda “kirayə haqqı” korrupsiyası

İcra başçısından prezident İlham Əliyevə şikayət olunacaq
Tikinti aparılan küçənin sakinləri aldadıldıqlarını deyir: PA-ya şikayət ediləcək
Bir qrup hüququ pozulmuş Nərimanov rayon sakininin yaxın günlərdə Prezident Adminstrasiyasına rəsmi şikayət ünvanlayacağı gözlənilir.
Bu sözlər Savash.org-un elektron ünvanına göndərilmiş və paytaxtın Nərimanov rayon sakinlərinin adından yazılmış şikayət məktubundandır. Həmin məktubda iddia olunur ki, adıçəkilən rayonun Ziya Bünyadov küçəsinin bir qrup sakini Rayon İcra Hakimiyyətinin rəsmiləri tərəfindən aldadılıb. Məsələnin mahiyyəti isə budur ki, həmin küçədə tikinti işləri aparlıldığından sakinlər köçürülüb. Bu köçürülmə isə dövlət büdcəsi hesabına həyata keçirilməli idi. Belə ki, tikinti işləri yekunlaşana qədər sakinlərə müvafiq olaraq digər ərazidə yaşaya bilmələri üçün kirayə haqqı ödənilməliydi. Amma necə deyərlər, sən saydığını say, gör RİH başçısı Abdin Fərzəliyevlə, onun I müavini Şahmar İbadov nə sayır…
Savash.org-a daxil olan məlumatda bildirilir ki, evləri sökülən insanlar icra başçısı və onun müavini Şahmar İbadov tərəfindən get-gələ salınır. Vətəndaşlara çatmalı olan kirayə pulunun əhəmiyyətli hissəsi isə mənimsənilib. Üzləşdikləri problemlə bağlı rayon rəhbərliyinə çoxsaylı müraciət etmələrinə baxmayaraq nəticənin olmadığını deyən sakinlər səbrlərinin tükəndiyini bildirir.
Odur ki, bütün bunlarla bağlı hüququ pozulmuş sakinlər ölkə başçısı İlham Əliyevə müraciət etməyi və Prezident Adminstrasiyası qarşısında aksiya keçirməyi planlaşdırır.
Mövzuya qayıdacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.