Keçmiş rəis müavini şok açıqlamalar verib
Dünya "UDAR partiyasının lideri Vitali Kliçko mənə sifariş verdi ki, Ukraynanın sabiq prezidenti Vitkor Yanukoviçin müşaviri Andrey Portnovu qaçırım. Bunun üçün o, mənə külli miqdarda pul təklif etmişdi".
bu sözləri Kiyev ictimai təhlükəsizlik milsinin rəis müavini Yuri Slasskix NTV kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Portnovun qaçırılması üüçün plan da hazırlanmışdı.
"Kliçko ilə çox yaxınam. Bir-birimizin evinə gediş-gəlişimiz var. Bir gün Kliçko mənə dedi ki, Rusiya Federasiyasından Portnovu Kiyevə gətirə bilərsən. Buna görə o, mənə 1 milyon dollar təklif etmişdi. Plana görə, mən hansısa yolla Portnovu Kiyevə gətirməli, hotellərdən birində yerləşdirməli idim. Daha sonra isə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları hotelə basqın edərək onu tutmalı idilər", deyə Slasskix bildirib.
Qeyd edək ki, Yuri Slasskix Moskva məhkəməsinin qərarı ilə dekabrın 2-nə qədər azadlıqdan məhrum edilib. O, insan oğurluğu və qaçırılmasında ittiham olunur. Rəis müavinini 5 ildən 12-ə ilədək həbs gözləyir.