Ukraynada Rusiyaya qarşı savaşmaqdan ötrü ikinci sülhməramlı batalyon yaradılır.
Axar.az xəbər verir ki, yeni yaradılacaq hərbi birləşmənin adının Şeyx Mənsur sülhməramlı batalyonu olacağı deyilib.
Məlumatda Cövhər Dudayev batalyonunun tərkibinin tam komplektləşdiyi, bundan sonra dünyanın müxtəlif yerlərindən Ukraynaya gələcək bütün şəxslərin Şeyx Mənsur batalyonunda toplanacağı söylənilib.
Yeni batalyonun rəhbərinin hər iki Çeçen müharibəsinin iştirakçısı, Prezident Qvardiyasının üzvü olan Müslim Çeberloyevskinin olacağı bildirilib.