[media=http://www.youtube.com/watch?v=047ApFXn7pk#t=124]
Ölümündən sonra əllər qalxmağa başladı, dua üçün yox, sual üçün
Dünya İndi isə saqqaldan bığa keçirəm. Avropa bığına. Bu bığ bəzən insanları qıcıqlandırır və qıdığlayır, güldürür. Bəzən isə bığ sahibləri özünü əməli başlı ağladır.
Daha bi bığ haqqında. Bu bığlar məşhur Fransalıya - TOTAL neft şirkətinin prezidenti Kristof de Marjeriyə məxsusdur. Kristof de Marjeri həm də Rusiyapərəst bəyanatları, bu ölkəyə olan sonsuz sevgisi və elan olunmuş genişmiqyaslı sanksiyalara baxmayaraq Rusiyanın maraqlarının qatı tərəfdarı kimi də məşhur idi. Elə bu səbəbdən TOTAL-ın prezidenti bundan sonra dünyanın həm də ən qəribə ölümlərindən birinin qəhrəmanı kimi yadda qalacaq. Niyə? Gəlin, razılaşın ki, hər gün təyyarə qar təmizləyən maşınla toqquşmur. Və hər belə təyyarədə dünyanın bütün aparıcı dövlətlərinin iradəsi əleyhinə çıxaraq Rusiyanı müdafiə edən nəhəng biznes sultanı həlak olmur. Doğrudan da ayağı sürüşkən ölümdü. Təyyarə gedir və sənin qarşına öz qar təmizləyən maşını ilə sərxoş bir rusiyalı çıxır, sənə çırpılır, hamı ölür sən qarışıq, sürücü isə sağ qalır…
Belə olan halda o saat dünyanın müxtəlif yerlərindən əllər qalxmağa başladı. Mərhumun ruhuna dua üçün yox ha, sual üçün. Sual isə sadə idi. Onun ölümü kimə lazım ola bilərdi? Axı bu ölümdə maraqlı olan qüvvələr həqiqətən var. Ölümə sevinməzlər, amma kimlərsə “ölüb? ay Allah ona rəhmət eləsin!” deyənlər də tapıldı. Çünki Kristof de Marjeri Rusiyanın lehinə olanda qalan dünyanın əleyhinə çıxış etmiş olurdu. Hadisədən sonra görülmüş tədbirlər də mənzərəyə qəribə şəkil verir. Axı hansı yol qəzasına görə nəqliyyat nazirini, hansı gəmi qəzasına görə Gəmiçiliyin rəhbərini istefaya göndərirlər.
Burada isə məsələ xeyli ciddidir. İndi Fransada ölkənin siyasi, işgüzar və mədəni dairələrinə nüfuz etməyə çalışan Rusiya lobbisinin güclü təsiri hiss olunmaqdadır. Avroparlamentə son seçkilər zamanı Putinə rəğbət bəsləyən ultrasağların partiyası 24,86 faiz səs topladı. Amma taleyin belə bir istehzası da var ki, Rusiya maraqlarının Fransadakı ən nəhəng lobbiçilərindən biri elə Rusiya torpağında həlak oldu. Özü də məhz Rusiyaya xas olan təsərrüfatsızlığın nəticəsində.
TOTAL-ın prezidentinin ölümünün səbəbləri dumanlıdır. Ola bilər ki, bu duman sərxoş sürücünün beynindən qalxıb. Ola bilər ki, həmin gün doğrudan da qatı duman şəraitində işləyən Vnukovo hava limanının bu qəzaya dəxli var. Amma mən də uşaq deyiləm. Və 25 illik jurnalistiklik fəaliyyətimdə çoxlu maraqlı təsadüflər görmüşəm. Məsələn, belə bir təsadüf Şah Məsudun ölümü idi. Məncə o öldürülməsəydi 11 sentyabr hadisələri də olmayacaqdı və Birləşmiş Ştatlar da Əfqanıstana soxulmayacaqdı. Bu hər hansı analitki qənaət filan deyil ha. Sadəcə ağlıma gəldi deyirəm...
Həmişə belə olur, kimsə vaxtında və yerində rəhmətə gedir, kimsə də ona baxır və urəkdən belə deyir. Ay Allah ona rəhmət eləsin…