Sevginin dərmanı evlilik imiş
Dünyada çox yayılan bir fikrə görə evlilik sevgini öldürür. Türkiyəli psixiatr Mehmet Sungur isə açıqlayıb ki, əslində sevginin dərmanı evlənməkdir. M.Sungur bildirib ki, sevgi görmə qüsuruna, evlilik isə həqiqətləri görmə xəstəliyinə dərmandır.
İnsanlar aşiq olanda onlar düşdükləri bu vəziyyətdən ancaq bir-birinə qovuşanda çıxa bilir. Aşiq olan zaman münasibətlər fərqlidir. O zaman həyatın tək nöqtəsi sevdiyin insan olur, heç nəyi görmək istəmirsən və sair. Amma insan evlənəndə bunların hamısı sona çatır. Evlilik insanları bir-biri üçün adiləşdirir. Daha dəqiq desək, sevgi xəyal edilənlə gerçək arasındakı fərq ortaya çıxana qədər keçən zamandır.