150 azyaşlı qızı məzardan çıxardı və... (FOTO)

27-10-2014, 10:08   


150 azyaşlı qızı məzardan çıxardı və... (FOTO)






Anatoliy Moskvin sözün əsl mənasında kiçik qız meyitləri düşkünüdür

Dünya Rusiyanın Nijni Novqorod şəhərində 3 il əvvəl tükürpərdici hadisəyə imza atmış Anatoliy Moskvin adlı şəxs barədə məhkəmə yekun qərarını verib.yerli polis orqanları 2011-ci ildə Anatoliy Moskvinin yaşadığı mənzildə 150-yə yaxın azyaşlı qızın qəbrindən çıxarılaraq mumiyalanmış cəsədini aşkarlayıb.

Əsas peşəsi tarixçilik olan Anatoliy Moskvin sözün əsl mənasında kiçik qız meyitləri düşkünüdür. 2010-cu ildən şəhər qəbiristanlıqlarından meyitlərin yoxa çıxmasını araşdıran yerli Hüquq mühafizə orqanlarını izlər tarixçi alimin evinə aparıb.

Yaşları 3 ilə 12 arasında dəyişən 150 qız meyitini evinə daşıyaraq mumiyalayan 46 yaşlı tarixçi onlarla qəribə oyuncaqlar düzəldib.

Polis idarəsi manyak-tarixçinin evindən tapılmış başdaşı şəkilləri və lövhələri sayəsində meyitlərin kimliyini təxmin etsə də, onların hansı qəbiristanlıqlardan qaçırıldığını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, Nijni-Novqorod vilayətinin tanınmış tarixçi alimlərindən olan Anatoliy Moskvin həm də mükəmməl linqvistik bacarıqlara malik olub, 13 dildə danışa bilir. Ən qəribəsi isə odur ki, alim 2005-ci ildən 2007-ci ilə kimi vilayətin 752 qəbiristanlığında müxtəlif elmi araşdırmalar aparıb.

Saxlanıldığından bəri 3 ildir Ruhi-Əsəb dispanserində müalicə olunan Anatoliy Moskvinin ömürlük burda qalmasına qərar verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.