Əliyev Dəmirəlin adını daşıyan muzeyin açılışına niyə getməyib?

27-10-2014, 10:29   
Əliyev Dəmirəlin adını daşıyan muzeyin açılışına niyə getməyib?

Türkiyənin İsparta şəhərində keçmiş prezident Süleyman Dəmirəlin adını daşıyan muzeyin açılışı olub. "Dəmirəl Külliyatı” da adlandırılan Süleyman Dəmirəl Demokratiya və Inkişaf Muzeyinin açılışında Azərbaycanın dövlət başçısı Ilham Əliyevin də iştirak edəcəyi bildirilirdi. Lakin bəlli olub ki, ölkə başçısı Türkiyəyə yox, Fransaya gedib. Bununla belə Ilham Əliyev muzeyin açılışı ilə bağlı təbrik məktubu göndərib. Məktubu tədbir iştirakçılarının diqqətinə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çatdırıb.
Süleyman Dəmirəlin Əliyevlər ailəsi ilə dostluq münasibətləti var. Mərhum Heydər Əliyevin hakimiyyətə gəlişində onun da müstəsna xidmətləri olub. Bu baxımdan Ilham Əliyevin həmin tədbirdə iştirak edəcəyinə şübhə yox idi.
Bəzi iddialara görə, Ilham Əliyevin tədbirə qatılmamasının səbəbi heç də Fransa səfəri ilə bağlı deyil. Bildirilir ki, məsələnin kökündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Süleyman Dəmirəl arasında münasibətlərin gərgin olması dayana bilər. Məlumat üçün deyək ki, Ərdoğanla Dəmirəl arasındakı münasibətlər o dərəcədə gərgindir ki, birinci hətta açıq şəkildə ikincini Türkiyəni qarışdırmaqda ittiham etməkdən belə çəkinməyib. Mümkündür ki, Əliyev belə bir vəziyyətdə Dəmirəllə məsafə saxlamağa üstünlük verməyi düşünür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.